Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
İnfrastruktur

M-1 avtomobil yolunda daha bir elektron tərəzi quraşdırıldı

Paylaş:
M-1 avtomobil yolunda daha bir elektron tərəzi quraşdırıldı
Bizi Google News-da izləyin

Yol infrastrukturunun qorunması, yolların istismar müddətinin uzadılması, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ümumi istifadədə olan avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, növbəti elektron tərəzi M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 191,3-cü km-də, Qusar rayonunun Samur qəsəbəsində paytaxt istiqamətində quraşdırılıb.

Noyabrın 30-dan bu elektron tərəzi vasitəsilə nəzarət tədbirlərinin həyata keçirilməsinə başlanılacaq.

Qeyd edək ki, avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması mərhələli şəkildə həyata keçirilir. Elektron tərəzilər yük nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərinə riayət olunmasına avtomatlaşdırılmış qaydada nəzarət etməyə imkan verir.

Yük nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə bağlı inzibati xəta elektron tərəzilər vasitəsilə aşkar edildikdə, bu barədə məlumatlar real vaxt rejimində elektron formada birbaşa mərkəzi informasiya sisteminə ötürülür və inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır.

AYNA tərəfindən daşıyıcılardan qanunvericiliklə müəyyən edilmiş qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərə ciddi riayət etmələri xahiş olunur.

Paylaş:

Ən son xəbərlər