Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı ekspert qrupu yaradılıb.
Ekspert qrupunun tərkibində Rəssamlar İttifaqının və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri yer alıb.
Ekspert qrupu heykələ baxış keçirib, lövhə hissəsindəki yazının aradan qaldırılması istiqamətində işlərə başlamaq üçün ilkin istiqamətləri müəyyənləşdirib.
