Sərfəli qiymətlərlə inşaat-təmir işləri həyata keçirmək barədə elanları sosial şəbəkələrdə yayaraq vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şirkət rəhbəri Zahir Əskərovun cinayət işinin məhkəməsi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunaraq təqsirləndirilən şəxs 7 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Zahir Əskərov zərərçəkənlərin şikayəti əsasında saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, rəhbərlik etdiyi şirkətin cəlbedici reklamlarını sosial şəbəkələrdə yayaraq digər şirkətlərdən daha ucuz qiymətə təmir-tikinti işlərini həyata keçirtmək vədi verib və vətəndaşları aldadıb.