Mebel almaq istəyən şəxs aldadılıb.
Paytaxt sakini Ulduz İbadov dələduzluqla üzləşdiyini iddia edir. O bildirir ki, tiktokda gördüyü Hacıoğlu mebel səhifəsindən 500 manat dəyərində mebel sifariş edib, bunun üçün əvvəlcədən səhifə sahibinə beh də ödəyib.
Şikayətçi bildirir ki, sözügedən mebel şirkətinin iri ticarət mərkəzlərindən birində yerləşdiyi bildirilib. Ulduz İbadov mebelin çatdırılacağı vaxtda yenidən şirkətlə əlaqə saxlayıb. Lakin onun zənglərinə cavab verilməyib və aldığı mebel də ona çatdırılmayıb.