Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Cəmiyyət

Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

Paylaş:
Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
Bizi Google News-da izləyin

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq.

Məlumata görə, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək.

Həmçinin internetə çıxışın hansı üsulla təmin olunduğu da göstəriləcək. Provayderlərdən çəkilmiş telefon, kabel televiziyası və ya optik kabel vasitəsilə internetə qoşulan evlərdə "sabit çıxış", mobil telefon, data kart və USB modem vasitəsilə qoşulan evlərdə isə "simsiz çıxış" qeydi aparılacaq.

Qeyd edilənlər 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.

Oxu.Az

Paylaş:

Ən son xəbərlər