Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
İqtisadiyyat

Mərkəzi Bank “Mobile Payment Solutions”a məcburi göstərişlər verib

Paylaş:
Mərkəzi Bank “Mobile Payment Solutions”a məcburi göstərişlər verib
Bizi Google News-da izləyin

Azərbaycan Mərkəzi Bankı “Mobile Payment Solutions” MMC-də keçirdiyi yerində yoxlama zamanı bir sıra qanunvericilik və normativ aktların tələblərinin pozulması hallarını aşkarlayıb.

Bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Bildirilib ki, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün şirkətə icrası məcburi olan göstərişlər verilib.

Təshih tədbirləri “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsasən tətbiq olunub.

Qeyd edək ki, “Mobile Payment Solutions” “Portmanat” brendi altında fəaliyyət göstərir və 2024-cü ilin iyulunda elektron pul təşkilatı lisenziyası alıb.

Paylaş:

Ən son xəbərlər