Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.
Məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektindəki parkda qeydə alınıb.
Şəhər sakini, 2002-ci il təvəllüdlü Fərid atalığının xahişi ilə onu və 6 yaşlı ögey bacısını parka gətirib. Atalığı uşağı parkdakı əyləncə maşınlarına mindirmək istəyərkən məlum olub ki, onların batareya enerjisi tükənib. O, attraksion nəzarətçisi olan Araz adlı şəxslə bu barədə mübahisə edib. Həmin vaxt Fərid də nəzarətçi ilə mübahisə edib və ara sakitləşib. O, atalığı və ögey bacısını götürüb evə qayıdıb.