Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Miqren niyə qadınlarda daha çox rast gəlinir?

Paylaş:
Miqren niyə qadınlarda daha çox rast gəlinir?
Bizi Google News-da izləyin

Dünya üzrə qadınlar miqren problemindən kişilərlə müqayisədə təxminən iki dəfə çox əziyyət çəkirlər. Alimlər bunun əsas səbəblərindən birinin hormonal dəyişikliklər olduğunu müəyyən ediblər. Yeni araşdırma qadın hormonu estrogenin beyində stressə qarşı həssaslığı artıraraq miqren tutmalarına necə təsir etdiyini ortaya qoyub.

Pravda.az bildirir ki, statistikaya görə, dünyada qadınların 20,7 faizi miqrendən əziyyət çəkir. Kişilərdə isə bu göstərici 9,7 faiz təşkil edir. Maraqlıdır ki, uşaqlıq dövründə qız və oğlanlarda miqrenə rastgəlmə tezliyi demək olar ki, eynidir. Fərq əsasən yetkinlik dövründən sonra ortaya çıxır.

Nevroloqların fikrincə, bunun əsas səbəbi reproduktiv yaş dövründə baş verən hormonal dalğalanmalardır. Menopauzadan sonra isə bir çox qadında miqren tutmalarının yüngülləşdiyi müşahidə olunur.

Hormonal dəyişikliklər miqrenə necə təsir edir?
Mütəxəssislər bildirirlər ki, burada yalnız estrogen deyil, estrogen və progesteron hormonlarının qarşılıqlı təsiri də mühüm rol oynayır. Xüsusilə bu hormonların səviyyəsindəki dəyişikliklər miqren tutmalarını tətikləyə bilər.

Menstrual dövrlə əlaqəli yaranan bu vəziyyət menstrual miqren adlanır. Bəzi qadınlarda ağrılar menstruasiyadan əvvəl və ya müəyyən hormonal dəyişikliklər zamanı daha da şiddətlənir.

Estrogen beyini stressə qarşı həssaslaşdırır
Neyrologiya professoru Tallie Z. Baramın rəhbərliyi ilə aparılan və Neuron elmi jurnalında dərc olunan araşdırmada dişi siçanların beyin fəaliyyəti öyrənilib.

Tədqiqat nəticələri göstərib ki, estrogen səviyyəsi yüksəldikdə beyindəki bəzi mexanizmlər xarici təsirlərə və stressə daha həssas vəziyyətə gəlir. Beləliklə, gündəlik həyatda baş verən kiçik stress faktorları belə miqrenə bənzər reaksiyaları tətikləyə bilər.

Alimlər aşağı estrogen səviyyəsində olan siçanların stressə daha davamlı olduğunu, hormonun yüksək olduğu mərhələdə isə həssaslığın artdığını müşahidə ediblər.

Miqren tutmalarını azaltmaq üçün nə etməli?

Ağrı gündəliyi aparın: Tutmaların nə vaxt başladığını, nə qədər davam etdiyini və menstrual dövrün hansı mərhələsinə təsadüf etdiyini qeyd edin.

Maqnezium barədə həkimlə məsləhətləşin: Bəzi hallarda maqnezium əlavələri miqrenin idarə olunmasına kömək edə bilər.

Profilaktik müalicəni nəzərdən keçirin: Ağrılar hər ay menstruasiya və ya yumurtlama dövründən əvvəl yaranırsa, həkimlə əvvəlcədən qoruyucu müalicə imkanlarını müzakirə edin.

Hormonal dəyişiklikləri izləyin: Dövrü nizamsız olan qadınlarda hormonal dalğalanmaların idarə edilməsi üçün fərdi müalicə planı faydalı ola bilər.


Əminə Bayramova

Paylaş:

Ən son xəbərlər