Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Naxçıvanda deputatın düşdüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Paylaş:
Naxçıvanda deputatın düşdüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Bizi Google News-da izləyin

Noyabrın 14-də Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında 1 nəfərin ölümü, 2 nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi açılıb.

Qeyd edək ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev həyatını itirib, 1994-cü il təvəllüdlü Əmrah Məmmədov və 1990-cı il təvəllüdlü Təbriz Zeynalov xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Qəzaya düşənlərin hər üçü qazidir.

APA

Paylaş:

Ən son xəbərlər