Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Neftçalada quldurluq edən iki nəfər saxlanılıb

Paylaş:
Neftçalada quldurluq edən iki nəfər saxlanılıb
Bizi Google News-da izləyin

Neftçala rayonunda ev sahibinə qarşı quldurluq edilməsi və 11000 manat pulun talanması barədə polisə məlumat daxil olub.

DİN-dən verilən xəbərə görə, polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Q.Talıbov və N.Muxtarov saxlanılıblar.

Araşdırmalarla saxlanılan şəxslərin quldurluq faktını qabaqcadan planlaşdırdıqları və əldə etdikləri pul vəsaitlərini aralarında böldükləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, Q.Talıbov və N.Muxtarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:

Ən son xəbərlər