Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasında maraqlı dialoq yaşanıb.
Kənddə doğulub boya-başa çatan sakin nəvələrinin xahişi ilə Prezidentlə şəkil çəkdirmək istədiyini bildirib.
Kişi sakin: Bəli, bu kəndin sakiniyəm. Bəli, burada doğulub, burada böyüyüb, sürücü işləmişəm. Nəvələrim xahiş etdi ki, cənab Prezidentlə şəkil çəkdirərsən, gətirərsən, biz də başımızın üstündən asacağıq.
Prezident İlham Əliyev: Bəs işğal dövründə harada yaşayırdınız?
Kişi sakin: Bakıda.
Prezident İlham Əliyev: Bakıda? Şərait necə idi?