Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

Növbəti iki gündə hava necə olacaq?

Paylaş:
Növbəti iki gündə hava necə olacaq?
Bizi Google News-da izləyin

Azərbaycanda yaxın iki gün ərzində proqnozlaşdırılan hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, noyabrın 17-si və 18-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək: “Lakin gecə saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı olunur. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 12–17 dərəcə isti olacağı gözlənilir.

Eyni zamanda, bölgələrdə də yaxın iki gün ərzində – noyabrın 17-18-də hava şəraiti yağmursuz keçəcək. Lakin 16-dan 17-nə keçən gecə və səhər saatlarında bəzi yerlərdə yağmurlu olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 13–18, dağlıq ərazilərdə isə 3–8 dərəcə isti olacaq”, - deyə G.Məmmədova qeyd edib.

Azərtac

Paylaş:

Ən son xəbərlər