Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Noyabr ayında bizi hansı səma hadisələri gözləyir? 

Paylaş:
Noyabr ayında bizi hansı səma hadisələri gözləyir?
Bizi Google News-da izləyin

Noyabr ayı astroloji baxımdan dəyişikliklər, daxili hesablaşmalar və yeni qərarlarla yadda qalacaq. Ay ərzində Merkuri və Veneranın retro hərəkətinin başa çatması, Əqrəb bürcündə Yeni Ay və Əkizlər bürcündə Dolunay diqqət çəkir.

Pravda.az bildirir ki, noyabrın ilk yarısı daha çox keçmişi dəyərləndirmək, həyatdakı prioritetləri yenidən nəzərdən keçirmək və bəzi məsələlərdən vaz keçmək dövrü olacaq.

Astroloji şərhə əsasən, oktyabr ayından davam edən Merkuri və Venera retroqradı insanlarda qərarsızlıq, emosional yorğunluq və qeyri-müəyyənlik yarada bilər. Bu dövrdə tələsik qərarlar verməkdənsə, mövcud vəziyyəti təhlil etmək tövsiyə olunur.

Noyabrın 4-ü: Günəş və Merkuri qovuşur
Əqrəb bürcündə baş verəcək Günəş-Merkuri qovuşumu ünsiyyət, təhsil, təqdimatlar, danışıqlar və əməkdaşlıq məsələləri baxımından əlverişli hesab olunur. Rəsmi şəxslərlə görüşlər və yeni razılaşmalar gündəmə gələ bilər.

Noyabrın 9-u: Əqrəb bürcündə Yeni Ay
Əqrəb bürcündə baş verəcək Yeni Ay daxili qərarların və emosional dəyişikliklərin ön plana çıxacağı bir mərhələ kimi şərh olunur. Bu dövrdə insan bəzi münasibətlərə və həyat seçimlərinə fərqli baxmağa başlaya bilər.

Noyabrın 12-si: Yupiter və Cənub Ay Düyünü qovuşur
Şir bürcündə baş verəcək bu astroloji hadisə keçmişdən gələn mövzuların yenidən gündəmə gəlməsi və əvvəl diqqətdən kənarda qalan məsələlərin fərqinə varılması ilə əlaqələndirilir.

Noyabrın 13-14-ü: Merkuri və Veneranın retroqradı başa çatır
Noyabrın 13-də Merkuri, 14-də isə Venera düz hərəkətinə başlayacaq. Astroloji şərhlərə görə, bu dəyişiklik ünsiyyət, münasibətlər və şəxsi qərarlardakı qarışıqlığın azalmasına işarə edir.

İnsanlar əvvəl qərar verməkdə çətinlik çəkdikləri məsələlərdə daha cəsarətli addımlar ata bilərlər.

Noyabrın 17-18-i: Gərginlikdən uzaq durmaq tövsiyə olunur
Bu tarixlərdə Günəşin Ay düyünləri, Yupiter və Marsla gərgin aspektləri astroloji baxımdan münaqişələrə və fikir ayrılıqlarına meyli artıra bilər. Xüsusilə rəsmi şəxslərlə münasibətlərdə və mühüm qərarlarda ehtiyatlı olmaq tövsiyə edilir.

Noyabrın 22-si: Günəş Oxatan bürcünə keçir
Günəşin Oxatan bürcünə keçməsi ilə astroloji şərhlərdə azadlıq, ünsiyyət, sosiallaşma və nikbinlik mövzularının ön plana çıxacağı bildirilir. Beynəlxalq əlaqələr, ticarət və səyahətlərlə bağlı məsələlər də aktuallaşa bilər.

Noyabrın 24-ü: Əkizlər bürcündə Dolunay
Əkizlər bürcündə baş verəcək Dolunay gözlənilən xəbərlərin alınması, yarımçıq qalan məsələlərin aydınlaşması və yeni ideyaların ortaya çıxması ilə əlaqələndirilir.

Yaradıcılıq, layihələr, təhsil və səyahət planları baxımından diqqətçəkən bir tarix ola bilər.

Noyabrın 26-sı: Gözlənilməz dəyişikliklər gündəmə gələ bilər
Günəş və Uran arasında qarşıdurma baş verəcək. Astroloji şərhlərə görə, bu aspekt qəfil hadisələr, gözlənilməz qərarlar və fikir ayrılıqlarını gündəmə gətirə bilər.

Eyni tarixdə Mars Qız bürcünə keçəcək. Bu keçid gündəlik həyatın nizamlanması, işlərin planlaşdırılması və yeni qaydaların yaradılması ilə əlaqələndirilir.

Noyabr ayının əsas mesajı:

Noyabr ayı insanlara həyatlarında nəyin vacib olduğunu yenidən düşünmək, köhnə vərdişlərdən uzaqlaşmaq və dəyişiklikləri qəbul etmək imkanı verəcək.

Ayın əsas açar sözləri isə səbir, qəbul və təslimiyyətdir.

Əminə Bayramova

Paylaş:

Ən son xəbərlər