Noyabr ayında balıq alarkən diqqətli olmaq tövsiyə edilir. Bəzi balıq növləri mövsümi xüsusiyyətlərinə görə bu dövrdə əvvəlki dadını itirir, digərlərinin isə ovlanmasına qadağa tətbiq olunur.
Noyabr ayında xüsusilə sardina, qılınc balığı, mavi üzgəcli duna və alabalıq alarkən diqqətli olmaq lazımdır. Bu balıqlardan bəzilərinin ovlanması qadağan edildiyi halda, digərləri mövsümə görə əvvəlki keyfiyyətini qoruyub saxlamır.
Belə ki, sardina yay aylarında daha yağlı və dadlı olur. Noyabrda isə onun yağlılığı və dadı yay mövsümündəki səviyyədə olmaya bilər. Bununla belə, sardinanın bu ayda yeyilməsinin sağlamlıq baxımından zərərli olduğu bildirilmir.