Payızın son ayı olan noyabr mövsümi meyvə və tərəvəzlərin bol olduğu dövrdür. Bu ay süfrələrdə brokoli, çuğundur, gül kələmi və brüssel kələmi kimi faydalı tərəvəzlərə, həmçinin xurma, heyva, əzgil və mandarin kimi mövsüm meyvələrinə daha çox yer vermək tövsiyə olunur.
Pravda.az bildirir ki, mövsümündə yetişən meyvə və tərəvəzlər təzəliyi və zəngin qida tərkibi ilə seçilir. Xüsusilə soyuq havalarda orqanizmin vitamin və mineral ehtiyacını qarşılamaq üçün düzgün qidalanmaq vacibdir.
Noyabrın mövsümi tərəvəzləri
Brokoli: C və A vitaminləri, kalium və liflə zəngindir. Antioksidant xüsusiyyətləri ilə seçilir, immun sisteminin normal fəaliyyətini dəstəkləyir.
Çuğundur: Dəmir, fol turşusu və A vitamini ehtiva edir. Qan dövranının və beyin fəaliyyətinin dəstəklənməsində rol oynayan qida maddələrinə malikdir.
Gül kələmi: Kalium, fol turşusu və lif mənbəyidir. Həm qaynadılmış, həm də sobada bişirilmiş formada istifadə edilə bilər.
Brüssel kələmi: K, A və C vitaminləri ilə zəngindir. Sümük və ürək sağlamlığı üçün əhəmiyyətli qida maddələri ehtiva edir.