Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir.
Bunu COP31-də Azərbaycan pavilyonunda təşkil olunan "Geniş miqyasda su təhlükəsizliyi - Su prioritetlərindən maliyyələşdirilə bilən, iqlimə davamlı infrastruktura doğru" başlıqlı sessiyada Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib.
Onun sözlərinə görə, su resurslarının əhəmiyyətli bir hissəsi sərhədlərimizdən kənarda formalaşır, bu da transsərhəd əməkdaşlığı həyati dərəcədə vacib edir:
"Bakı və Abşeron yarımadası da şirin su təchizatında yarımadadan kənar mənbələrdən asılıdır. Buna görə də bu təchizat mənbələrinin diversifikasiya olunması bizim uzunmüddətli davamlılığımızın mərkəzində dayanır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı qəbul edilmişdir. Bu proqram infrastruktur investisiyalarını sudan daha səmərəli istifadə və alternativ təchizat mənbələri ilə əlaqələndirir".
M.Babayev qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində "ACWA Power" şirkəti ilə birlikdə həyata keçirilən Xəzər dənizinin suyunun zərərsizləşdirilməsi (duzsuzlaşdırılması) layihəsi bu yanaşmanı praktiki olaraq reallaşdırır: