Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Qara duz haqqında bilmədikləriniz

Paylaş:
Qara duz haqqında bilmədikləriniz
Bizi Google News-da izləyin

Hind mətbəxinin məşhur məhsullarından biri olan qara duz son illərdə bütün dünyada maraq doğurur. Özünəməxsus qoxusu, dadı və mineral tərkibi ilə seçilən bu duzun həzm sistemindən dəriyə qədər bir çox sahədə faydalı olduğu iddia edilir. 

Pravda.az bildirir ki,hind qara duzu, əsasən Himalay bölgəsində əldə edilən mineral duz növüdür. Ənənəvi Ayurveda təbabətində uzun illərdir istifadə olunur. Kəskin, kükürdü xatırladan qoxusu və yumurtaya bənzər dadı ilə digər duzlardan fərqlənir.

Təbii halda tünd rəngdə olan bu duz üyüdüldükdən sonra çəhrayımtıl və ya açıq bənövşəyi çalar ala bilər.

Qara duzun tərkibində natrium xlorid, sulfat birləşmələri, dəmir və kükürd tərkibli maddələr mövcuddur.

Qara duz adi duzdan daha faydalıdırmı?
Qara duz dadı və hazırlanma üsulu baxımından süfrə duzundan fərqlənir. Xüsusilə kükürdü xatırladan aroması onu yeməklərdə fərqli dad yaratmaq üçün əlverişli edir.

Bununla belə, qara duzun adi duzdan daha sağlam olduğu fikrini təsdiqləyən kifayət qədər elmi sübut yoxdur. Onun da tərkibində natrium mövcuddur və həddindən artıq istifadəsi sağlamlıq üçün risk yarada bilər.

Bundan başqa, qara duz yodlaşdırılmış duzu əvəz etdikdə yod çatışmazlığı riski yarana bilər. Buna görə də onu gündəlik qidalanmaya daxil edərkən diqqətli olmaq vacibdir.

Qara duzu faydaları: 

Çəkiyə nəzarətə kömək edə bilər
Qara duzun yağların parçalanmasına təsir göstərərək arıqlama prosesinə dəstək olduğu iddia edilir. Həmçinin tərkibindəki natrium miqdarının bəzi duz növləri ilə müqayisədə daha az ola biləcəyi bildirilir.

Lakin qara duzun birbaşa arıqlamağa kömək etdiyini təsdiqləyən elmi araşdırmalar məhduddur.

Qəbizlik və köp problemini azalda bilər
Ayurveda ənənəsində qara duz həzm sisteminə müsbət təsiri ilə tanınır. Onun qəbizlik, qaz, qarında şişkinlik və digər həzm narahatlıqlarını azaltmağa kömək etdiyi düşünülür.

Bununla belə, bu təsirləri təsdiqləmək üçün əlavə elmi araşdırmalara ehtiyac var.

Əzələ spazmlarını və qıcolmaları yüngülləşdirə bilər
Qara duzun tərkibindəki kalium əzələlərin normal fəaliyyəti üçün vacib minerallardan biridir. Kalium çatışmazlığı əzələ zəifliyi və spazmlarla əlaqəli ola bilər.

Lakin qara duzun əzələ qıcolmaları üçün təsirli vasitə olduğunu söyləmək düzgün deyil. Bu məqsədlə onun istifadəsinin faydasını təsdiqləyən kifayət qədər sübut yoxdur.

Mədə yanmasını azalda bilər
Ənənəvi istifadədə qara duzun mədə turşuluğunu tənzimlədiyi və mədə yanmasını azaltdığı iddia olunur.

Ancaq bu təsirin elmi baxımdan təsdiqlənmədiyini nəzərə almaq lazımdır. Xroniki mədə yanması zamanı həkimə müraciət etmək daha doğrudur.

Dəriyə qulluqda istifadə edilə bilər
Qara duz bəzi dəriyə qulluq vasitələrinin tərkibində istifadə olunur. Onun dənəvər quruluşu ölü dəri hüceyrələrinin təmizlənməsinə kömək edə bilər.

Lakin duz hissəcikləri dərini qıcıqlandıra bilər. Xüsusilə həssas dərisi olanların bu cür vasitələrdən ehtiyatla istifadə etməsi tövsiyə olunur.

Saç və baş dərisinə faydalı olduğu iddia edilir
Qara duzun tərkibindəki mineralların saçların möhkəmlənməsinə, kəpəyin azalmasına və saç tökülməsinin qarşısının alınmasına kömək etdiyi bildirilir.

Bununla belə, qara duzun saç tökülməsini dayandırdığını və ya saçların uzanmasını sürətləndirdiyini təsdiqləyən etibarlı elmi sübutlar kifayət deyil.

Qara duzdan istifadə edərkən nələrə diqqət etməli?

Qara duz fərqli dadı və aroması ilə yeməklərə əlavə edilə bilər. Xüsusilə salatlarda, tərəvəz yeməklərində və Hind mətbəxinə aid reseptlərdə istifadə olunur.

Ancaq onun təbii və mineral tərkibli olması həddindən artıq istifadəsini təhlükəsiz etmir. Qara duz da natrium mənbəyidir. Buna görə gündəlik duz qəbuluna nəzarət etmək, yod ehtiyacını nəzərə almaq və qara duzu müalicə vasitəsi kimi qəbul etməmək vacibdir.

Əminə Bayramova

Paylaş:

Ən son xəbərlər