Yeməkləri soyuducuya yerləşdirməzdən əvvəl tam soyumasını gözləmək lazım deyil. Mütəxəssislərə görə, isti və ya ilıq yeməkləri kiçik, dayaz qablara bölərək birbaşa soyuducuya qoymaq mümkündür.
Pravda.az bildirir ki, ABŞ Qida və Dərman Administrasiyasının tövsiyələrinə əsasən, yeməklərin otaq temperaturunda uzun müddət saxlanılması zərərli bakteriyaların çoxalmasına və qida zəhərlənməsi riskinin artmasına səbəb ola bilər.
Tez xarab olan qidaların otaq temperaturunda 2 saatdan artıq saxlanılmaması, havanın temperaturu 32°C-dən yüksək olduqda isə bu müddətin 1 saatı keçməməsi tövsiyə edilir.