Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısını alan bu təbii gənclik mənbəyi gündəlik qida rasionundakı bir çox məhsulda bol miqdarda mövcuddur.
Sistein amin turşusu həm heyvani, həm də bitki mənşəli qidalarda yüksək səviyyədə toplanıb.
Toyuq, hinduşka, yumurta, süd, qatıq, pendir, balıq və qırmızı ət heyvani zülal qaynağı kimi seçilir. Bitki mənşəli qidalar arasında isə soğan, sarımsaq, brokoli, gül kələmi, Brüssel kələmi, mərcimək, qoz və günəbaxan toxumu bu amin turşusu ilə zəngindir.