Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”

Paylaş:
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Bizi Google News-da izləyin

“Prezident Administrasiyasının sabiq sədri Ramiz Mehdiyev  Administrasiyanın keçmiş şöbə müdiri, prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovdan çox böyük fiqur idi. Mehdiyev haqqında qaldırılan cinayət işi daha böyük maddələr əsasında idi. Vətənə xəyanət, dövlət çevrilişinə cəhd, hakimiyyəti zorla ələ almaq, korrupsiya... Bunların ən azından ikisində ömürlük həbs cəzası var idi. Amma Mehdiyevə 14 il şərti azadlıqdan məhrumetmə cəzası verdilər. Mənə görə, Mehdiyev cəza almadı. Evində oturacaq, adında da şərti cəza var. Heç məntəqə tipli də cəza verilmədi. Mehdiyevin ətrafında baş verənləri analiz edəndə Əli Həsənova heç nə olmayacağını, ümumiyyətlə, proseslərə cəlb olunmayacağını düşünürəm...”

Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

Tural Abbaslı: “Rütbə versələr, götürmərəm” Pravda.az

“Xalqı burada maraqlandıran bir məsələ var - onların xalqdan oğurladıqları xalqa geri qaytarılacaqmı? Guya Mehdiyev və Həsənov həbsdə olsalar, nə olacaq, olmasalar, nə olacaq? Bunun xalq, millət üçün heç bir faydası yoxdur. Mehdiyev və Həsənov həbs olunsalar belə, hətta əmlakları müsadirə olunsa belə, sonra hansısa yolla əmlakları geri qaytarılır. Buna görə də bu proses xalqa o qədər də maraqlı deyil”, - T.Abbaslı bildirib.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər