Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Ramiz Mehdiyevin qızının vəkili həbs edildi

Paylaş:
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi
Bizi Google News-da izləyin

Azərbaycanda daha bir vəkil həbs edilib.

Raman Abışov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan vəkil bu gün məhkəməyə çıxarılıb.

Hakimin qərarı ilə R.Abışov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Raman Abışov dövlətə xəyanətdə və başqa ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəkili idi. K.Əliyevanın əmlak məsələləri ilə bağlı hüquqlarını müdafiə edirdi.

Qafqazinfo

Paylaş:

Ən son xəbərlər