Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

Rüfət Seyidov işindən ayrıldı

Paylaş:
Rüfət Seyidov işindən ayrıldı
Bizi Google News-da izləyin

Rüfət Seyidov Azərbaycan Televiziyasında (AzTV) Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsində fəaliyyətini başa vurub.

Bu barədə Rüfət Seyidov sosial şəbəkə hesabında paylaşım edib.

O, qeyd edib ki, AzTV-də çalışdığı müddətdə dəyərli insanlarla tanış olub və media sahəsində peşəkarlarla çiyin-çiyinə çalışıb:

"AzTV-də Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsində fəaliyyətimi yekunlaşdırdım. Bu müddətdə xeyli iş gördüm və xeyli gözəl insan tanıdım. Mediada dəyərli yoldaşlarla çiyin-çiyinə çalışdım. Möhtəşəm insanlardan ibarət komanda qurduq və hədəflərə çatdıq. AzTV mənə çox şeyi öyrətdi. Bu ailənin bir üzvü olmaq mənim üçün çox xoş idi. Komandama uğurlar arzulayıram. Çünki onlar hər şeyin ən yaxşısına layiqdirlər. Uğur olsun, AzTV. Yanımda olanlar, dəyərinizin fərqindəyəm”.

Paylaş:

Ən son xəbərlər