Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Cəmiyyət

Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı

Paylaş:
Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı
Bizi Google News-da izləyin

Bu gün saat 15:00-dan etibarən 2-7-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə başlanılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, noyabrın 5-i saat 15:00-dan isə 8-11-ci sinif şagirdləri üçün elektron yerdəyişmə prosesi aktivləşdiriləcək. Şagirdlərin elektron yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, məktəbəhazırlıq qrupları və birinci siniflər üzrə elektron yerdəyişmənin başlanma tarixi barədə əlavə məlumat veriləcək.

Paylaş:

Ən son xəbərlər