Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlu idarə etdiyi “Mersedes Vito” markalı sərnişin avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarına aşıb.
Hadisə zamanı avtobusda olan 6 nəfərdən biri həyatını itirib, biri isə xəsarət alıb.