Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Şirkət rəhbəri aldadıldığını iddia edir - VİDEO

Paylaş:
Şirkət rəhbəri aldadıldığını iddia edir - VİDEO
Bizi Google News-da izləyin

Yükdaşıma fəaliyyəti ilə məşğul olan sahibkar "Universal ab con" MMC şirkəti tərəfindən aldadıldığını iddia edir.

Bu iddia ilə "İlham Təminat" MMC yükdaşıma şirkətinin rəhbəri Soltan Yusifov "Xəzər Xəbər"ə müraciət edib.

Onun iddiasına görə, "Universal ab con" MMC şirkəti ilə rəsmi müqavilə bağlanaraq yük daşınıb, amma görülən işin ödənişi - 5374 manat verilməyib. 

Soltan Yusifov deyir ki, ondan tələb olunan çatdırılmanı vaxtlı-vaxtında həyata keçirib.

Lakin bunun qarşılığında ödəniləcək pulu hələ də ala bilməyib.

Sahibkar qeyd edir ki, ona ödənəcək məbləğ mənimsənilib. İndi də həmin şirkət bağlanıb, rəhbərləri də onun zənglərinə cavab vermir.

Biz də həmin şirkətin məsul şəxsləri kimi təqdim edilən şəxslərlə əlaqə yaratmağa çalışdıq, lakin telefonlarına zəng çatmadı.

Zərərçəkən şəxs növbəti günlərdə ona dəyən zərər ödənilməyəcəyi təqdirdə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Paylaş:

Ən son xəbərlər