MKA soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edir.
Milli Kibertəhlükəsizlik Agentliyindən verilən məlumata görə, son həftələrdə Avropanın bir sıra ölkələrində soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə qarşı kiberhücumlar qeydə alınıb: "11 oktyabr 2026-cı il tarixində Fransada yüzlərlə supermarketin bu hücumlardan zərər çəkdiyi, 2 noyabr tarixində isə Belçika, İsveç, İrlandiya, Niderland və Estoniyada oxşar insidentlərin baş verdiyi bildirilir. Təhlükənin təsir dairəsi ticarət sektoru ilə məhdudlaşmır. Fransanın qan banklarından birində istifadə olunan soyutma avadanlığına müdaxilə edilməsi barədə məlumatlar bu cür hücumların səhiyyə sahəsi üçün də risk yaratdığını göstərir.
Hücumlar zamanı kiberdələduzlar soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə icazəsiz giriş əldə edərək onları əridilmə (defrost) rejiminə keçirir və ya temperatur göstəricilərini 50°C-dək yüksəldirlər. İnsidentlərin əsasən gecə saatlarında baş verməsi müdaxilənin səhər saatlarınadək aşkarlanmamasına, nəticədə isə saxlanılan məhsulların yararsız hala düşməsinə səbəb olur.