Taksi sürücülərinin gəlirlərindən sifariş operatorları vasitəsilə 1% sadələşdirilmiş vergi tutulması təklif olunur.
Pravda.az Oxu.Az-a istinadla xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Qeyd edilir ki, mövcud vəziyyətdə taksi fəaliyyəti üzrə sadələşdirilmiş vergi regionlar üzrə sabit məbləğlər əsasında, vergitutma obyekti kimi nəqliyyat vasitəsi götürülməklə ödənilir. Mövcud vəziyyətdə bu sektorda yüksək nağd dövriyyə payı və gəlirlərin tam bəyan edilməməsi riski bu sahədə uçot və inzibatçılıq baxımından çətinliklər yaradır. Eyni zamanda, mövcud vergitutma fəaliyyətin faktiki həcmini və əldə olunan gəliri nəzərə almadığından, əsas iş kimi tam zamanlı çalışan sürücülərlə əlavə gəlir məqsədilə məhdud müddətdə fəaliyyət göstərən şəxslərin eyni məbləğdə vergi ödəməsinə səbəb olur.