Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Tanınmış aktyorlardan Zəfər günü ilə bağlı təbrik - VİDEO

Paylaş:
Tanınmış aktyorlardan Zəfər günü ilə bağlı təbrik - VİDEO
Bizi Google News-da izləyin

Yuğ Dövlət Teatrının aktyorları Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik ediblər.

Pravda.az xəbər verir ki, təbrik videosunda Xalq artistləri, Əməkdar artistlər və teatrın digər aktyorları Zəfər bayramı ilə bağlı öz ürək sözlərini çatdırıblar.

Xalq artisti Məmmədsəfa Qasımov: "Əziz həmvətənlər, hər birinizi xalqımızın qürur və qəhrəmanlıq salnaməsi sayılan Zəfər Günü münasibətilə təbrik edirəm, bayramınız mübarək!"

Xalq artisti Vidadi Həsənov: "Bu bayram münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı, sağlam həyat və uzun ömür arzulayıram..."

Əməkdar artist Qasım Nağı: "Xalqımız, millətimiz, dövlətimiz daim müzəffər, Zəfərimiz isə əbədi olsun!"

Aktyor Əbdülqəni Əliyev: "Qələbə - Zəfər Günü münasibətilə hamımızı təbrik edirəm. Hamımız üçün əsl könül, qəlb bayramıdır. Ən böyük bayramlardan biridir. Bayramınız mübarək!"

Teatrşünas Elçin Cəfərov: "Zəfər günümüz mübarək. Həmişə zəfərlər nəsibimiz olsun!"

Aktrisa Zümrüd Qasımova: "Zəfər Günümüz mübarək! Mən Zəfər çalmış ölkənin qadınıyam..."

Aktyorların təbrik videosunu təqdim edirik:

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər