Rusiyanın paytaxtı Moskvada bir neçə iri ticarət mərkəzinin keçmiş ortaq sahiblərindən olan, əslən azərbaycanlı iş adamı Solomon Manaşirov qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.
Noyabrın 6-da Moskvanın Tverskoy Rayon Məhkəməsi biznesmeni hədə-qorxu ilə tələb etmə, vergidən yayınma və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasında təqsirli bilib.
Hazırda xaricdə gizlənən və beynəlxalq axtarışda olan iş adamı ciddi rejimli cəzaçəkmə müəssisəsində 12 il həbs cəzasına məhkum edilib.
Məhkəmə onun istintaq zamanı üzərinə həbs qoyulmuş 141 milyon rubl dəyərində əmlakının müsadirəsinə qərar verib. Bundan əlavə, zərərçəkmiş tərəfin 530 milyon rublluq mülki iddiası təmin olunub.