Naxçıvan mətbuatının tanınmış nümayəndəsi, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, uzun illər “Şərq qapısı” qəzetində müxbir, şöbə müdiri və məsul katib vəzifələrində çalışmış Muxtar Məmməd oğlu Məmmədov vəfat edib.
1959-cu ildə Ordubad rayonunun Aza kəndində anadan olan Muxtar Məmmədov ömrünün 20 ildən çoxunu jurnalistika sahəsinə həsr edib. O, uzun illər “Şərq qapısı” qəzetində çalışaraq Naxçıvan mətbuatının inkişafına öz töhfəsini verib. Jurnalist fəaliyyəti ilə yanaşı, bədii-publisistik yaradıcılıqla da məşğul olan Muxtar Məmmədov “İllər, sizdə nəyim qaldı...", “Mənim Naxçıvan dünyam”, “Daha bir payız da gəldi ömrümə” kitablarının, eləcə də yüzlərlə publisistik məqalənin müəllifidir.