Cari il ərzində müəyyən sayda təhsil müəssisəsi adambaşına maliyyələşmə mexanizminə keçid edib. Növbəti ildən etibarən isə bu proses daha geniş miqyas alacaq.
Bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxış edərkən bildirib.