Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

Təmirə görə 3 marşrutun hərəkət sxemi dəyişdiriləcək

Paylaş:
Təmirə görə 3 marşrutun hərəkət sxemi dəyişdiriləcək
Bizi Google News-da izləyin

Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunda (kanala yaxın ərazidə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

AYNA-nın yaydığı məlumata görə, məhdudiyyət səbəbindən 210, 215 və 218 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

Dəyişikliyə əsasən, 210 nömrəli marşrut Hövsan qəsəbəsi – Hövsan bağları, 218 nömrəli marşrut metronun “Əhmədli” stansiyası - Hövsan bağları, 215 nömrəli marşrut isə Türkan qəsəbəsi – Türkan bağları – Hövsan bağları (məhdudiyyət tətbiq edilən ərazi) istiqamətində fəaliyyət göstərəcək.

Paylaş:

Ən son xəbərlər