UEFA Millətlər Liqasının qrup mərhələsində VI turun oyunlarına start verilib.
İlk oyun günündə A və C liqalarında ümumilikdə 8 qarşılaşma keçirilib.
A Liqasında Belçika İtaliyanı 4:1, Xorvatiya Çexiyanı 2:1 hesabı ilə məğlub edib. İspaniya isə İngiltərəyə 2:3 hesabı ilə uduzub. Günün digər görüşündə Fransa Türkiyəni 2:1 hesabı ilə üstələyib.
C Liqasında Finlandiya San Marinonu 7:2, Albaniya Belarus yığmasını 2:0, Monteneqro isə Kipri 4:1 hesabı ilə məğlub edib. Latviya – Ermənistan görüşündə qalib müəyyənləşməyib – 0:0.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, VI tur