Türkiyənin ilk atom elektrik stansiyası olan “Akkuyu” AES-in 1-ci enerji blokunun fiziki işə salınması istismara verməzdən əvvəl sınaq-sazlama işləri başa çatdıqdan sonra dekabr ayında planlaşdırılır.
"TRT Haber"in məlumatına görə, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“İşə salınma dekabr ayına planlaşdırılır, buna ümid edirik. Bütün sınaqların uğurla başa çatdırılması vacibdir”, – deyə nazir konkret günü açıqlamadan bildirib.