Növbəti il ərzində aztəminatlı ailələrə dəstək məqsədilə ünvanlı dövlət sosial yardımı üzrə 470 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Eyni zamanda, sığorta pensiya sistemində dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi məqsədilə 1 milyard 600 milyon manat vəsait nəzərdə tutulub.
Pravda.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.