Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Cəmiyyət

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Paylaş:
Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
Bizi Google News-da izləyin

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb.

Pravda.az “Unikal”a istinadən xəbər verir ki, F.İmrəliyevə general-mayor rütbəsi verilib.

Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların “Kobra” Xüsusi Təyinatlı Dəstəsinin komandiri olub. Hadrut və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edən Füzuli İmrəliyev Daşaltı əməliyyatı zamanı yaralanıb.

F.İmrəliyev 2020-ci il dekabrın 9-u Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.

Paylaş:

Ən son xəbərlər