Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

Xarici dil fənni üzrə fəlsəfə doktoru imtahanının nəticələri nə vaxt açıqlanacaq?

Paylaş:
Xarici dil fənni üzrə fəlsəfə doktoru imtahanının nəticələri nə vaxt açıqlanacaq?
Bizi Google News-da izləyin

Noyabrın 26-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil fənni üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku mərhələsi keçirilib.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, bu mərhələdə iştirak etməli olan 253 nəfərdən 160-ı imtahana gəlib.

Qeyd edək ki, danışıq bloku imtahanı 3 hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 15 dəqiqə vaxt ayrılır. İştirakçılar birinci mərhələdə 3 bal, ikinci mərhələdə 5 bal, üçüncü mərhələdə isə 2 bal olmaqla, ümumilikdə 10 bal toplaya bilərlər. Danışıq bloku üzrə imtahanda minimum 2 bal toplamayan şəxslər noyabrın 22-də keçirilən ilk 4 blok üzrə imtahanda lazımi nəticə göstərsələr belə, müvafiq şəhadətnamə ilə təmin olunmurlar. Xarici dil fənni üzrə ümumi imtahan nəticələrinin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.

Paylaş:

Ən son xəbərlər