Ermənistanın baş naziri Nikol Paşinyan yeni pasportlarında doğum yeri kimi Azərbaycan göstərilən vətəndaşların etirazlarına birmənalı və təhdid xarakterli cavab verib.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yerli mətbuata açıqlamasında bildirib.
"Yerablur" hərbi panteonunun genişlənməsinin qarşısını almaq üçün Qarabağdan olan şəxslərin pasportlarında paraflanmış sülh sazişinin müddəalarına əsaslanmaq lazımdır. Çünki bu iki hal bir-biri ilə uyğun gəlmir. Ya "Yerablur" genişlənməlidir, ya da biz paraflanmış sülh sazişi prinsipləri çərçivəsində qalmalıyıq. Bu çox sadə siyasi seçimdir", - deyə N.Paşinyan qeyd edib.
Paşinyanın sözlərinə görə, o, Ermənistanın ilk rəhbəridir ki, onun iki il səkkiz ay davam edən hakimiyyəti dövründə "Yerablur"un ərazisi heç genişlənməyib.
Oxu.Az