Gündəlik ünsiyyətdə istifadə etdiyimiz bəzi ifadələr qadın və kişilərlə bağlı stereotipləri möhkəmləndirir. “Ailəni kişi dolandırmalıdır”, “qadın pilot” və “kişilər daha cəsarətlidir” kimi yanaşmalar cəmiyyətdə gender bərabərsizliyini dərinləşdirir.
Pravda.az bildirir ki, gender stereotipləri yalnız qadınlara deyil, kişilərə də təsir edir. Bu qəliblər qadınlara ev və qayğı məsuliyyətini, kişilərə isə ailəni dolandırmaq və güclü olmaq yükünü aid edir.
BMT-nin İnkişaf Proqramının (UNDP) genderə həssas kommunikasiya tövsiyələrində vurğulanır ki, ünsiyyətdə ayrı-seçkilik yaradan ifadələrdən qaçmaq, peşələri cinsə görə fərqləndirməmək və hər iki cinsə bərabər yanaşmaq vacibdir.