Xəbər verdiyimiz kimi, dünən Bakıda “Barselona” və “Sabah” komandaları arasında keçirilən Çempionlar Liqasının oyunu zamanı azarkeşlərdən birinin səhhəti qəfil pisləşib və o, həyatını itirib.
SHOT teleqram kanalının əldə etdiyi məlumata görə, həyatını itirən 39 yaşlı Anton P. məhz oyuna baxmaq üçün bir gün əvvəl xüsusi olaraq Azərbaycana gəlib.
Qarşılaşma zamanı kişinin qəfil halı pisləşib, o, huşunu itirərək tribunada yerə yıxılıb. Hadisə şahidləri tibbi yardım çağırıblar. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.