İdman zalında ilk məşq zamanı düzgün addımlar atmaq sonrakı məşqlərin davamlılığı və sağlamlıq baxımından əhəmiyyətlidir. Yeni başlayanların ilk gündən ağır fiziki yüklənmədən çəkinməsi tövsiyə olunur.
Pravda.az idmana yeni başlayanların ilk məşq zamanı diqqət etməli olduğu məqamları təqdim edir:
İlk növbədə, bədəni fiziki yüklənməyə tədricən alışdırmaq lazımdır. Bunun üçün yüngül isinmə hərəkətləri, qaçış zolağında qısa yürüş və müxtəlif əzələ qruplarını işlədən sadə məşqlər seçilə bilər.