Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Gələn il kredit faizləri aşağı salınacaq? – AÇIQLAMA

Paylaş:
Gələn il kredit faizləri aşağı salınacaq? – AÇIQLAMA
Bizi Google News-da izləyin

Xəbər verdiyimiz kimi, bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 754,3 milyon manat təşkil edib. Mütəxəssislər ölkə üzrə problemli kreditlərin gələn il daha da arta biləcəyini bildirirlər. Bu baxımdan növbəti 2027-ci il üzrə kredit faizlərinin endirilib-endirilməməsi müzakirə mövzusudur.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, kredit faizlərinin aşağı salınması hər zaman prioritetdir. 

Vüqar Bayramov: “Neftin rezerv qiymətinin yüksək olmasına baxmayaraq hasilatda azalmalar var”

Deputat bildirib ki, kredit faizləri kreditə əlçatanlığa təsir göstərir: “Məqsəd bundan ibarətdir ki, kredit faizlərinin aşağı düşməsi nəticəsində həm kredit götürən vətəndaşlarımızın xərclərinin azaldılması, həmçinin bütövlükdə kreditlərə əlçatanlığın artırılması müşahidə olunsun. Problemli kreditlərin həcminə təsir göstərən faktorlar fərqlidir. Burada eyni zamanda digər təsir göstərən faktorlardan biri həm də korporativ kreditlər, yəni biznes kreditləri üzrə problemli kreditlərin həcminin artmasıdır hansı ki, bütövlükdə ümumi problemli kreditlərin həcminə birbaşa təsir göstərir”.

V.Bayramov qeyd edib ki, bütün bunlarla yanaşı Mərkəzi Bank tərəfindən kredit faizlərinin aşağı salınması ilə bağlı fəaliyyətlərin davam etdirilməsi müşahidə olunur: “Digər tərəfdən də bankların ucuz vəsaitlərə çıxış imkanlarının artırılmasına ehtiyac var ki, kredit faizlərinin aşağı düşməsini müşahidə edə bilək. Bu baxımdan 2027-ci ildə də bank sektoru üçün vacib məqamlardan biri kredit faizlərinin aşağı salınması olacaq. Banklar daha ucuz resurslarla təmin olunarsa və daha ucuz maliyyə vəsaitlərinə çıxış imkanları olarsa, bu, sözsüz kredit faizlərinin aşağı düşməsinə gətirib çıxara bilər”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər