Alimlər günəş küləyi toqquşmalarının nə vaxt gözlənildiyini və hansı günlərdə xüsusi sağlamlıq tədbirləri tələb olunduğunu açıqlayıblar.
Sakitlik dövrü başa çatmaq üzrədir. Alimlərin fikrincə, noyabrın 5 və 6-da maqnit qasırğaları olmayacaq, lakin zəif koronal axınının təsiri səbəbindən aktiv dövrlər mümkündür. Lent.az bildirir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat verib.
Eyni zamanda, mütəxəssislər noyabrın 7-də G1 səviyyəli maqnit qasırğası olacağını proqnozlaşdırırlar. Planetimizə daha böyük bir Günəş püskürməsinin də təsir edəcəyi gözlənilir.
Belə günlərdə insanlar ən çox səhhətlərinin pisləşməsindən, baş ağrılarından, diqqətin zəifləməsindən və yuxunun pisləşməsindən şikayətlənirlər.