Qubadlı rayonu, Xanlıq kənd yaşayış məntəqəsində fərdi yaşayış evləri, çoxmənzilli binalar və mühəndis kommunikasiya sistemlərinin tikinti-quraşdırma işlərinə 73 428 103 AZN sərf olunacaq.
Pravda.az-ın xəbərinə görə, işi “Protean Construction” ASC görəcək.
Zəngilan rayonu, Zəngilan kənd yaşayış məntəqəsində fərdi yaşayış evləri, çoxmənzilli binalar və mühəndis kommunikasiya sistemlərinin tikinti-quraşdırma işlərinə isə 68 464 857 AZN xərclənəcək. Bu işi də həmin ASC görəcək.