Mədəniyyət Nazirliyinin Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirdiyi “Ən çox oxunan müəllif 2026” nominasiyasının qalibi yazıçı Kəramət Böyükçöl olub. Bəziləri Böyükçölün əvəzinə birinci yerə yazıçı, professor Zahid Xəlilin çıxdığını, lakin səsvermədə ədalətsizlik olduğunu iddia ediblər.
Zahid Xəlil bu barədə Pravda.az-a açıqlamasında deyib ki, o da səsvermədə müəyyən ədalətsizlik olduğunu görüb.
"Mən heç bu barədə düşünmürəm. Axı düşünməyimə dəyməz. Doğrudan, xəcalət çəkirəm ki, “mən birinci yerə çıxmışam, məndən böyük yazıçılar isə aşağı sırada qalıblar...” Bunu başa düşə bilmirəm. Durub Kəramətə qiymət verim? Axı heç ədəbiyyatda Kəramət adlı adam yoxdur. Ədəbiyyatda böyük sənətkarlar var, amma onlar nəsə görünmürlər. Əsəd Cahangir çox cəsarətli sözlər dedi ki, Kəramət Böyükçöl əsərlərini özü yazmır, onun yerinə başqası yazır. Dorğudan da belədirsə, onda Kəramətin simasını açmaq olar. Mən bu barədə məlumatsızam, bilsəm, deyərdim. Yaxşı olar, Əsəd Cahangirlə böyük söhbət aparılsın, bu məsələni özü açsın”, - Zahid Xəlil deyib.
Aytəkin Qardaşova