Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

67 şəhər və rayonun hamısı xərclərini necə ödəyəcəklər? – AÇIQLAMA

139
Paylaş:
67 şəhər və rayonun hamısı xərclərini necə ödəyəcəklər? –    AÇIQLAMA

2027-ci ildə Azərbaycanda 67 şəhər və rayonun heç birinin dövlət büdcəsindən maliyyə yardımı almayacağı gözlənilir. Həmin ərazi vahidlərinin gələn il öz xərclərini tam şəkildə qarşılaya biləcəyi proqnozlaşdırılır. Bu isə müzakirələrə səbəb olub və bildirilir ki, bu, metodoloji əsasnamə olmadan büdcə sənədinə salınıb.

Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamovun sözlərinə görə, 2027-ci il dövlət büdcəsi layihəsində 67 şəhər və rayon üzrə yerli xərclərin dövlət büdcəsindən əlavə dotasiya ayrılmadan qarşılanmasının nəzərdə tutulması, büdcə siyasətində maliyyə intizamının və yerli gəlirlərin rolunun artırılması baxımından məntiqli yanaşmadır.

Azər Badamov: Dövlətimizin başçısının Göygöl, Kəlbəcər və Laçın rayonlarına  səfəri çox zəngin və əhəmiyyətli oldu - AZƏRTAC

A.Badamov vurğulayıb ki, söhbət həmin şəhər və rayonların bütün dövlət xərclərini deyil, büdcə qanunvericiliyində yerli xərclər kimi nəzərdə tutulan xərcləri öz gəlirləri hesabına ödəməsindən gedir: “2027-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, şəhər və rayonlar üzrə gəlirlərin ümumi həcmi 18 milyard 430 milyon manat, yerli xərclər isə 735,6 milyon manat proqnozlaşdırılır. Bu rəqəmlər arasındakı fərq ilk baxışdan kifayət qədər böyükdür. Lakin həmin gəlirlərin mühüm hissəsi mərkəzləşdirilmiş büdcəyə yönəldilən daxilolmalardır. Buna görə də bu məbləğlərin hamısını yerli idarəetmə orqanlarının sərəncamında olan vəsait kimi qiymətləndirmək düzgün olmazdı. Digər tərəfdən, təhsil, səhiyyə və digər sahələr üzrə bir sıra xərclərin mərkəzləşdirilmiş qaydada maliyyələşdirilməsi, eləcə də böyük sosial və infrastruktur layihələrinin dövlət büdcəsinin müvafiq proqramları çərçivəsində həyata keçirilməsi yerli büdcələrin xərc yükünə təsir göstərir. Bu baxımdan, yerli xərclərin hesablanması zamanı hansı öhdəliklərin şəhər və rayonların büdcəsində, hansılarının isə mərkəzləşdirilmiş büdcədə nəzərdə tutulduğunun dəqiq müəyyən edilməsi vacibdir. Eyni zamanda, dövlət büdcəsi layihəsinin 10-cu maddəsində yerli gəlirlər xərcləri qarşılamadığı halda, müəyyən edilmiş şərtlərlə həmin xərclərin 10 faizindən çox olmayan həcmdə dövlət büdcəsindən vəsait ayrılması imkanı saxlanılır. Bu da gözlənilməz maliyyə çətinliklərinin yaranması halında müəyyən təminat mexanizminin mövcud olduğunu göstərir”.

Deputat qeyd edib ki, 67 şəhər və rayonun yerli xərclərini öz gəlirləri hesabına qarşılaması yanaşmasını yalnız büdcə vəsaitlərinin bölgüsü kimi deyil, həm də yerli gəlirlərin artırılması və maliyyə məsuliyyətinin gücləndirilməsi istiqamətində addım kimi qiymətləndirilməlidir: “Bununla belə, əsas meyarımız ondan ibarət olmalıdır ki, maliyyə müstəqilliyinin genişləndirilməsi əhaliyə göstərilən xidmətlərin keyfiyyətinə və əlçatanlığına mənfi təsir göstərməsin. Yəni məqsəd sadəcə rayonlara ayrılan dotasiyanı aradan qaldırmaq deyil, hər bir ərazinin öz gəlir potensialından daha səmərəli istifadə etməsini təmin etməkdir”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər