Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputatdan “Saral” müzakirələrinə cavab: “Qardaşlığa zərər vura biləcək yanaşmalara münasibətdə dövlət maraqları əsas götürülür”

81
Paylaş:
Deputatdan “Saral” müzakirələrinə cavab: “Qardaşlığa zərər vura biləcək yanaşmalara münasibətdə dövlət maraqları əsas götürülür”

“Azərbaycan-Türkiyə münasibətləri iki dövlətin siyasi iradəsinə, xalqlarımızın qardaşlığına və ortaq strateji maraqlarına söykənir. Bu münasibətlər ayrı-ayrı şəxslərin mövqeyindən və gündəlik siyasi müzakirələrdən daha böyük məna daşıyır. Azərbaycanla Türkiyənin birliyi regionda sabitliyin, təhlükəsizliyin və qarşılıqlı etimadın mühüm təminatlarından biridir. İnanıram ki, hər iki ölkədə Azərbaycan-Türkiyə qardaşlığına zərər vura biləcək yanaşmalara münasibətdə dövlət maraqları və məsuliyyət prinsipi əsas götürülür. Belə həssas məsələlərə emosional yanaşmaq, müxtəlif iddialar üzərindən münasibətlərimizə kölgə salmaq olmaz. Əsas olan iki ölkənin qarşılıqlı etimadını qorumaq, strateji müttəfiqliyini daha da möhkəmləndirmək və xalqlarımızın birliyinə xidmət etməkdir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın vəzifəsindən azad edilməsinin müzakirə yaratmasına münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, Azərbaycan və Türkiyə çətin günlərdə bir-birinin yanında olub: “Bu qardaşlıq təkcə siyasi bəyanatlarla deyil, konkret addımlarla, qarşılıqlı dəstəklə və ortaq gələcəyə inamla möhkəmlənib. Əminəm ki, bu gün də münasibətlərimizin təməlində məhz həmin sarsılmaz iradə dayanır”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər