Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

12 yaşlı Mələk iki gündür itkin düşüb: "Kameraya baxmağa icazə vermirlər" - FOTO

Paylaş:
12 yaşlı Mələk iki gündür itkin düşüb: "Kameraya baxmağa icazə vermirlər" - FOTO
Bizi Google News-da izləyin

Abşeron rayonunun Xırdalan şəhərində 12 yaşlı qız evdən çıxıb və geri qayıtmayıb.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Uşağın atası Zakir İmanov bildirib ki, qızı Mələk noyabrın 2-də saat 19:35-də "Kristal 1" yaşayış kompleksindəki evindən çıxıb və sonra ondan xəbər alınmayıb.

Valideyn polisə müraciət etdiyini də deyib: "Həyətdə iki kamera var. Amma xalçayuma məntəqəsinin qarşısında olan kamera görüntüsünə sahibi baxmağa icazə vermir", - deyə o bildirib.

Qeyd edək ki, uşağın bir qolunun olmadığı bildirilir. O, dükana getmək eçün evdən çıxıb. O da qeyd edilib ki, qızın atası Zakir İmanov müharibə iştirakçısı olub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, yeniyetmə barədə axtarış elan olunub:

"Polis tərəfindən itkin düşmə kimi axtarışa elan edilmiş şəxsin yerinin müəyyən olunaraq tapılması istiqamətində tədbirlər görülür".

12 yaşlı Mələk iki gündür itkin düşüb: Kameraya baxmağa icazə vermirlər - Foto

12 yaşlı Mələk iki gündür itkin düşüb: Kameraya baxmağa icazə vermirlər - Foto

12 yaşlı Mələk iki gündür itkin düşüb: Kameraya baxmağa icazə vermirlər - Foto

Paylaş:

Ən son xəbərlər