Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevməşhur fotoqraf Rza Deqatinin ona Azərbaycanın itkin düşmüş şəxsləri haqqında kitabını təqdim etdiyini bildirib.
Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.
O qeyd edib ki, Rza Deqatinin obyektivindən onilliklərdir yaxınlarının yolunu gözləyən minlərlə ailənin ağrısı dünya ictimaiyyətinə çatdırılır.
Prezidentin köməkçisinin sözlərinə görə, hazırda 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Ərazilərimizin işğaldan azad edilməsindən sonra 32 kütləvi məzarlıq aşkarlanıb və insan qalıqlarının çıxarılması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Prezidentin köməkçisi Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözlədiklərini də vurğulayıb.


