Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Cəmiyyət

Xəzərin sahillərindəki qanunsuz tikililərin aqibəti necə olacaq?

Paylaş:
Xəzərin sahillərindəki qanunsuz tikililərin aqibəti necə olacaq?
Bizi Google News-da izləyin

"Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu əraziləri müəyyən edilir. Burada adalar, məskunlaşmış və məskunlaşması nəzərdə tutulan ərazilər, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan sahələr, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu hissələr istisna olunur".

Oxu.Az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin" idarə heyətinin sədri Fərid Cəfərov bu gün keçirilən brifinqdə deyib:

"İctimaiyyəti xüsusilə narahat edən əsas məsələnin qanunsuz və ya əsassız tikilmiş fərdi yaşayış evlərinin və mənzillərin aqibəti ilə bağlı olduğunu başa düşürəm. Məskunlaşma əraziləri və yaşayış məntəqələri sahilboyu ərazinin idarəetmə prinsipinə daxil deyil, onlar istisna təşkil edir.

Sahilboyu ərazidə müəyyən edilmiş özbaşına tikiliyə gəlincə, onların əksəriyyəti hazırda qüvvədə olan normativ-hüquqi aktlara əsasən, Xəzər dənizinin sahil mühafizə zolağında inşa edilmiş yaşayış və ya qeyri-yaşayış obyektləridir. Qeyd olunan özbaşına tikililərin böyük əksəriyyəti kommersiya məqsədilə inşa edilib.

Gələcəkdə həm bu sahənin tənzimlənməsini nəzərdə tutan normativ-hüquqi aktlar yenilənəcək, həm də fərmanla Əmlak Məsələləri Dövlət Xidmətinə verilmiş tapşırıq çərçivəsində həmin ərazilərin xəritələri və obyektlər bir daha dəqiqləşdirilərək rəqəmsallaşdırılacaq. Bundan sonra mövcud vəziyyət barədə daha dəqiq məlumat əldə olunacaq".

Paylaş:

Ən son xəbərlər